Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah yola düşəcək






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Azərbaycan, #Dollar, #Heydər Əliyev, #Nəqliyyat, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah, mayın 26-da yola salınacaq.

presstvaz xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Zəvvarlar neçə nəfərdir?

Bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq. Onlar dörd qrupa bölünüblər: ilk qrup 43 nəfərdən, digər üç qrup isə hər biri 45 nəfərdən ibarətdir.

İlk zəvvar qrupu hazırda haradadır?

Hazırda Azərbaycandan yola salınmış ilk zəvvar qrupu miqat üçün nəzərdə tutulan Cöhfə məntəqəsindədir. Orada zəvvarlar ehram bağlama mərasimini icra edir, yəni vacib dini sözləri deyərək ziyarətə daxil olurlar.

Həcc ziyarətinin qiyməti nə qədərdir?

Bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv