Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN






presstv

"Presstv"az #Bakı, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Hadisə, #Nərimanov rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, F.Yusifov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 8 mənzilin yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 98 kvadratmetr olan mənzilin eyvanı 15 kvadratmetr sahədə, ikinci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzilin artırması 30 kvadratmetr sahədə və 5 ədəd şam ağacı yanıb.

Binanın böyük hissəsi və ətrafdakı digər ağaclar yanğından mühafizə olunub”, – məlumatda qeyd olunub.

18:45

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

presstvaz bu barədə APA-ya istinadən xəbər verir.

Bildirilib ki, yanğın qısa müddətdə söndürülüb.

18:22

Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasında yanğın başlayıb.

presstvaz APA-ya istinadla xəbər verir ki, hadisə Nazim Hacıyev küçəsində qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv