Piylənmə və diabet hansı xəstəliyin gizli nəticələridir?

Piylənmə və diabet hansı xəstəliyin gizli nəticələridir?






presstv

"Presstv"az #Araşdırma, #Depressiya, #diabet, #Rusiya, #Sağlam həyat tərzi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) olan insanlar daha çox piylənmə və şəkərli diabetdən əziyyət çəkirlər.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı tibb elmləri namizədi, Piroqov Universitetinin psixiatriya və tibbi psixologiya kafedrasının dosenti İrina Kireyeva “RİA Novosti”yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 30 000 yetkin xəstəni əhatə edən, diqqət əskikliyi və hiperaktivlik sindromuna malik insanlar arasında aparılan araşdırmalar zamanı mütəxəssislər belə insanların psixi və fiziki xəstəliklərinin daha çox olduğunu müəyyən ediblər.

“Tədqiqatlarda daha çox piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərindən bəhs edilir. Bu, qeyri-sağlam həyat tərzi və xroniki stres, əlaqəli psixi pozğunluqlar və ümumi genetik faktorlarla bağlı ola bilər”, – deyə Kireyeva bildirib.

O qeyd edib ki, DƏHS-ə malik olan uşaqların 87%-i komorbid psixi pozğunluqlardan əziyyət çəkir. Həmçinin bu sindromun simptomları depressiya, maniakal və narahatlıq halları, bipolyar affektiv pozğunluq, autizm və şəxsiyyət pozğunluğu kimi bir çox psixi pozğunluq və xəstəliklərdə də müşahidə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv