Təyyarədən enən Britni Spirs polis bölməsinə aparıldı

Təyyarədən enən Britni Spirs polis bölməsinə aparıldı






presstv

"Presstv"az #Beynəlxalq Hava Limanı, #Hadisə, #Hava Yolları, #Los-Anceles, #Meksika, #Siqaret, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britni Spirs təyyarədə siqaret çəkdiyi üçün polis bölməsinə aparılıb.

presstvaz xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə Meksikanın Kabo San Lukas şəhərindən Los-Anceles Beynəlxalq Hava Limanına uçarkən baş verib.

Nəşrin məlumatına görə, sənətçinin şəxsi təyyarənin göyərtəsində spirtli içki qəbul edib siqaret yandırması stüardları qəzəbləndirib. Onun davranışı “problemli” kimi qiymətləndirilib.

Los-Anceles hava limanına çatan kimi Britni hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşılanıb və ona bu cür davranışın yolverilməz olduğu barədə xəbərdarlıq edilib. Daha sonra ona hava limanını tərk etməyə icazə verilib.

Spirs hadisəni yumorla qarşılayıb və “Instagram”da hava yolları işçilərindən üzr istəyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv