Kainatın sonu necə olacaq?

Kainatın sonu necə olacaq?






presstv

"Presstv"az #Kosmos, #Qalaktika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kainatımız 13,8 milyard ildir mövcuddur və bütün bu müddət ərzində genişlənir, yəni ölçüsü artır. Lakin bu proses əbədi davam etməyəcək və fəlakətlə başa çatacaq.

presstvaz xəbər verir ki, bu barədə “Live Science” yazır.

Bildirilir ki, onilliklər ərzində elm adamları Kainatın gələcəkdə necə inkişaf edəcəyi və onun məhvinin nə vaxt baş verə biləcəyi ilə bağlı mübahisə edirlər. Hazırda bunun necə baş verə biləcəyini göstərən iki əsas nəzəriyyə var.

Böyük donma nəzəriyyəsinə görə, kainat trilyonlarla il ərzində daha sürətlə genişlənəcək. Nəhayət, ulduzlar və qalaktikalar təkamül inkişafının sonuna çatdıqda, yox olmağa başlayacaqlar. Ulduzlararası qaz o qədər incələşəcək ki, artıq yeni ulduzlar əmələ gəlməyəcək. Ulduzlar radiasiya və istilik yaymağı dayandıracaq. Hətta qara dəliklərin əmələ gəlməsi də dayanacaq. Beləliklə, Kainat qaranlıq və soyuq olacaq.

Böyük böhran nəzəriyyəsinə görə, kainat bir müddət genişlənəcək, lakin sonra kosmos ilkin vəziyyətinə qayıdana qədər daralmağa başlayacaq. Əvvəlcə qalaktika qrupları birləşəcək, sonra qalaktikaların özləri və bundan sonra bütün ulduzlar birləşəcək. Bütün bu müddət ərzində Kainatdakı temperatur o qədər yüksələcək ki, bütün ulduzlar buxarlanacaq.

Qeyd edək ki, hələlik heç kim Kainatın taleyini dəqiq proqnozlaşdıra bilməz. Lakin qaranlıq enerjinin təbiətini, eləcə də Kainatın digər sirli xüsusiyyətlərini daha yaxşı başa düşmək onun ölümü ilə bağlı nəzəriyyələrə aydınlıq gətirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv