Dünya çempionatı: Tailand İndoneziyaya qalib gəldi

Dünya çempionatı: Tailand İndoneziyaya qalib gəldi






presstv

"Presstv"az #ABŞ, #Argentina, #Avropa, #Bakı, #Futbol, #Gürcüstan, #İndoneziya, #İspaniya, #İsrail, #Minifutbol, #Polşa, #Qazax, #Qazaxıstan, #Serbiya, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında Tailand İndoneziya yığmasına qalib gəlib.

presstvaz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan E qrupunun II turunun matçında birincilər 4:0 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, bu qrupun digər görüşündə Monteneqro Kosta-Rikanı 9:0 hesabı ilə məğlub edib.

20:43

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

presstvaz xəbər verir ki, E qrupunun Milli Gimnastika Arenasında baş tutan görüşündə Monteneqro yığması Kosta-Rika millisini darmadağın edib.

Qarşılaşma avropalıların 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qrupun digər matçında, saat 20:45-də Tailand – İndoneziya yığmaları üz-üzə gələcəklər.

19:31

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

presstvaz xəbər verir ki,, H qrupunun II turunda İspaniya yığması Serbiya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma serblərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qrupun digər görüşündə İsrai Qanaya 4:0 hesabı ilə qalib gəlib.

17:48

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun yekunlaşıb.

presstvaz xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada Gürcüstan və Argentina milliləri üz-üzə gəliblər.

G qrupunun oyununda Avropa təmsilçisi Cənubi amerikalıları 6:1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, ilk turda Gürcüstan BƏƏ-ni (2:0), Çexiya isə Argentinanı məğlub (2:1) edib.

16:35

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun başa çatıb.

presstvaz xəbər verir ki, Milli Gimnastika Arenasında F qrupunun Bosniya və Herseqovina – Qazaxıstan yığmaları arasında keçirilən matçında tərəflər hərəyə bir dəfə fərqləniblər – 1:1.

Xatırladaq ki, ilk turda Polşa Qazaxıstana 2:1, Bosniya və Herseqovina isə ABŞ-yə 4:2 hesabı ilə qalib gəliblər.

15:19

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun başa çatıb.

presstvaz xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada ABŞ və Polşa yığmaları üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında baş tutan F qrupunun matçında qapılara qol vurulmayıb.

Xatırladaq ki, ilk turda Polşa Qazaxıstandan 2:1, Bosniya və Herseqovina isə ABŞ-dən 4:2 hesabı ilə üstün olub.

14:01

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının dördüncü gününün ilk oyunu yekunlaşıb.

presstvaz xəbər verir ki, Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşmada H qrupunun II turu çərçivəsində Qana yığması İsrail ilə üz-üzə gəlib.

Matç İsrailin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk turda Qana İspaniyaya, İsrail isə Serbiyaya məğlub olub.

08:00

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının dördüncü günündə daha 8 qarşılaşma baş tutacaq.

presstvaz xəbər verir ki, matçlar Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışın dördüncü gününə Qana – İsrail oyunu ilə start veriləcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

24 may

Saat 12:45, Qana – İsrail;

Saat 14:00, ABŞ – Polşa;

Saat 15:15, Bosniya və Herseqovina – Qazaxıstan;

Saat 16:30, Gürcüstan – Argentina;

Saat 18:15, İspaniya- Serbiya;

Saat 19:30, Monteneqro – Kosta-Rika;

Saat 20:45, Tailand – İndoneziya;

Saat 22:00, BƏƏ – Çexiya.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv