Avropa İttifaqından qərar: Rusiyanın 20 bankını SWIFT-dən ayıra bilər

Avropa İttifaqından qərar: Rusiyanın 20 bankını SWIFT-dən ayıra bilər






presstv

"Presstv"az #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Dollar, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqini nəzərdən keçirir.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” nəşri məlumat verib.

Məlumata görə, yeni sanksiyalar Rusiyanın 20-dən çox bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını, Rusiya neftinin maksimal qiymətinin aşağı salınmasını və “Şimal axını” qaz kəmərinin tikintisinin qadağan edilməsini nəzərdə tutur. Bu tədbirlər Ukraynaya qarşı hərbi əməliyyatları dayandırması üçün Moskvaya təzyiqləri artırmaq məqsədi daşıyır.

“Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir”, – deyə nəşr bildirib.

Nəşrin vəziyyətlə tanış olan mənbələrinin məlumatına görə, hazırda Avropa Komissiyası bu məsələlərlə bağlı üzv dövlətlərlə məsləhətləşmələr aparır. Potensial məhdudiyyətlərin tətbiqinin dəqiq vaxtı hələ müəyyən edilməyib, yekun qərar isə Aİ-nin bütün üzv dövlətləri ilə razılaşdırıldıqdan sonra veriləcək.

Bundan əlavə, müzakirə olunan tədbirlər çərçivəsində Aİ Rusiyanın gəlirlərinin və hərbi istehsal üçün lazım olan texnologiyaları əldə etmək imkanlarının məhdudlaşdırılması məqsədilə təxminən 2.5 milyard avro dəyərində yeni ticarət məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Həmçinin “Böyük yeddilik” ölkələri üçün Rusiya neftinin bir barel üçün maksimal qiymətinin təxminən 45 dollara endirilməsi təklif edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv