Məşhur agentlik Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun tarixindən yazdı

Məşhur agentlik Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun tarixindən yazdı






presstv

"Presstv"az #Avropa, #İstanbul, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu mayın sonunda baş tuta bilər, lakin vaxt Moskvanın Vatikanı vasitəçi kimi qəbul etmək istəyindən asılıdır”.

presstvaz-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi yazıb.

“Avropalı məmurlar deyirlər ki, Vatikanın danışıqlarda potensial ev sahibi və ya vasitəçi rolu ilə bağlı müzakirələr gedir. Danışıqlar artıq gələn həftə baş tuta bilər, baxmayaraq ki, bu, Rusiyanın danışıqlarda iştiraka hazırlığından asılıdır”, – deyə nəşr bildirib.

Həmçinin agentlik qeyd edib ki, Rusiya Vatikanın Ukrayna üzrə danışıqlar prosesinə cəlb edilməsində maraqlı deyil, Moskva nümayəndə heyətlərinin ötən həftə İstanbulda başlayan görüşlərinin davam etdirilməsinə üstünlük verir.

“Bloomberg”in məlumatına görə, Rusiya rəsmiləri Prezident Vladimir Putinin Vatikana və ya hazırda danışıqlar üçün hər hansı başqa yerə getməsini planlaşdırmırlar. Bunun əvəzinə, iddia edildiyi kimi, Moskva mayın 16-da İstanbulda baş tutan texniki danışıqların davam etdirilməsinə diqqətini cəmləyib.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” nəşri diplomatik mənbələrə istinadən Rusiya-Ukrayna danışıqlarının ikinci raundunun iyunun ortalarında Vatikanda keçirilə biləcəyini yazmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv