Daha beş qurum “SİMA İmza”nın tərəfdaşı oldu

Daha beş qurum “SİMA İmza”nın tərəfdaşı oldu






presstv

"Presstv"az #Azərbaycan, #dənizdə, #SİMA İmza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal imza daha 5 qurum tərəfindən elektron xidmətlərə inteqrasiya edilib.

SİMA ilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması, “Foriella Mebel” MMC və şirkəti olub.

Dənizdə qazma əməliyyatları üzrə peşəkar şirkət olan “Caspian Drilling Company”, eləcə də proqram təminatının inkişafı və İT həlləri xidmətlərinin göstərilməsində ixtisaslaşmış “ESAM İnnovations” şirkətləri öz daxili platformasına giriş prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.

Azərbaycanın bir çox bölgəsində ofisləri olan “ASEL Kredit” təşkilatı və Manato.az onlayn kredit platformasında mikrokreditlərin verilməsi zamanı müqavilələrin “SİMA İmza” vasitəsilə onlayn formada imzalanmasını təmin edib. Bundan başqa, “Foriella Mebel” şirkəti də müştərilərə kreditlə satış prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.

Bununla da SİMA yeni nəsil rəqəmsal imza ilə tərəfdaş olan qurumların sayı 75-ə çatıb.

Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157″ Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv