KİV: “Tramp Ağ Evi dünya liderləri üçün “Aclıq oyunları”na çevirib”

KİV: “Tramp Ağ Evi dünya liderləri üçün “Aclıq oyunları”na çevirib”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Çin, #Donald Tramp, #Fermerlər, #Hadisə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki ənənəvi diplomatik görüşləri dünya siyasətinin “Aclıq oyunları”na bənzər bir arenaya çevirib”.

presstvaz-ın verdiyi məlumata görə, bu fikir CNN jurnalisti Stiven Kollinsonun məqaləsində yer alır.

Onun sözlərinə görə, əcnəbi liderlər indi Vaşinqtona səfər edərkən qeyri-müəyyən və bəzən düşmənçiliklə dolu mühitə düşürlər.

Kollinson bu fikirləri Cənubi Afrika Prezidenti Siril Ramafosanın 22 may tarixində Vaşinqtona səfərini təhlil edərkən bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası dövründə diplomatik protokol köklü şəkildə dəyişib, prezident isə mətbuat konfranslarında az qala oktaqon döyüşçüsü kimi davranır.

Jurnalist bu yanaşmanı Tramp administrasiyasının xaotik, siyasiləşdirilmiş və sui-qəsd nəzəriyyələri ilə zəngin xarici siyasətinin parlaq metaforası adlandırır. O, xəbərdarlıq edir ki, bu vəziyyət ABŞ-nin beynəlxalq münasibətlərinə zərər verə, Qlobal Cənub ölkələrinin diqqətini Çinə yönəldə bilər.

Yeni üslubun bariz nümunəsi Tramp və Ramafosa arasında keçirilmiş son görüş olub. ABŞ prezidenti görüş zamanı Cənubi Afrikada ağdərili fermerlərin vəziyyəti ilə bağlı daxili siyasi məsələyə toxunaraq, onların torpaqlarının müsadirəsi məqsədilə təhdid və zorakılıqlara məruz qaldığını iddia edən videolar və sənədlər təqdim edib.

Hadisə diplomatik dairələrdə birmənalı qarşılanmayıb. Dövlət Departamentinin sözçüsü Temmi Brüs Ramafosaya “pusqu” qurulduğu barədə ittihamları rədd etsə də, müşahidəçilər bu addımı diplomatik etiketin pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, ağ fermerlərin durumu Cənubi Afrikada aparteid dövrünün mirası və torpaq islahatları ilə bağlı həssas məsələdir. CAR-ın xarici işlər naziri Ronald Lamola bəyan edib ki, ölkədə irqi zəmində təqiblərə yol verilmir.

Bununla belə, mayın 12-də 49 ağdərili fermer və ailə üzvü ABŞ-yə qaçqın statusu ilə köçürülüb. Bu hadisə iki ölkə arasında münasibətlərdə əlavə gərginlik yaradıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv