Orxan Məmmədov: “Çirkli pulların leqallaşdırılması xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir”

Orxan Məmmədov: “Çirkli pulların leqallaşdırılması xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir”






presstv

"Presstv"az #Azərbaycan, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Çirkli pulların yuyulması yalnız hüquqi deyil, eyni zamanda institusional, iqtisadi və texnoloji aspektləri əhatə edən kompleks problemdir. Bu vəsaitlər investisiya, daşınmaz əmlak və istehsalat sahələrində formal biznes görüntüsü yaradaraq bazarda qeyri-bərabər rəqabət mühiti formalaşdırır”.

presstvaz xəbər verir ki, bunu “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, bu vəziyyət xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir, çünki bu sektor çox vaxt hüquqi boşluqlara və nəzarətsiz əməliyyatlara daha həssas olur.

O.Məmmədov əlavə edib ki, çirkli pulların leqallaşdırılması bir neçə mərhələdə həyata keçirilir:

“Bu proseslər nəticəsində qanunsuz maliyyə axınları iqtisadi sistemə daxil olur və şəffaf fəaliyyət göstərən sahibkarlar üçün risklər yaradır”.

O.Məmmədov, həmçinin bildirib ki, nəzarət orqanlarının potensial təhlükə riski yüksək olan əməliyyatlara fokuslanması, hüquq-mühafizə, bank sektoru və vergi xidmətləri arasında koordinasiyanın gücləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi bu sahədə mübarizənin effektivliyini artırır.

Sədr qeyd edib ki, mikro və kiçik sahibkarların bu mövzuda maarifləndirilməsi onların təsadüfən cinayətkar şəbəkələrin bir parçasına çevrilməsinin qarşısını almaq üçün vacibdir:

“Bu məqsədlə KOBİA olaraq sahibkarlarla görüşlər keçirilir, onları qeyri-leqal fəaliyyətlərin riskləri barədə məlumatlandırırlar. Maliyyə savadlılığı, şəffaflıq və hüquqi təhlükəsizlik yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv