Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda SAXLANILDI

Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda SAXLANILDI






presstv

"Presstv"az #Azərbaycan, #Ekstradisiya, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Rusiya, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini keçirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Bildirilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.

“Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub”, – hüquq-mühafizə orqanları məlumat yayıb.

İttihama görə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində bir sıra xüsusilə təhlükəli cinayətləri təşkil etməkdə təqsirli bilinir. Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini keçirib. Bu işdə təqsirli olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı kimi Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv