Şimali Koreyanın yeni esminesi Kim Çen Inın gözü qarşısında texniki qəzaya uğradı

Şimali Koreyanın yeni esminesi Kim Çen Inın gözü qarşısında texniki qəzaya uğradı






presstv

"Presstv"az #Gəmi, #Hadisə, #Kim Çen In, #Şimali Koreya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Koreyanın Çxoncin tərsanəsində baş verən ciddi hadisə ölkənin hərbi-sənaye kompleksinin rəhbərliyi üçün uzunmüddətli nəticələrə səbəb ola bilər. Belə ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ali lideri Kim Çen Inın şəxsən iştirak etdiyi yeni esminesin suya buraxılması mərasimi zamanı böyük texniki qəza qeydə alınıb.

presstvaz bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir.

Bildirilir ki, gəminin arxa hissəsinin buraxılış arabası vaxtından əvvəl stapeldən çıxıb və maneəyə çırpılıb.

“Nəticədə gəminin dibinin bəzi hissələri dağılıb, bu isə tarazlığın pozulmasına səbəb olub. Gəminin burun hissəsi isə stapeldən tam ayrılmayıb”, – deyə xəbərdə vurğulanır.

Hadisəyə Kim Çen Inın reaksiyası dərhal və sərt olub. KXDR lideri baş verənləri “böyük qəza və cinayət” kimi qiymətləndirib ki, bu da Şimali Koreya siyasi sistemində hadisənin nə qədər ciddi qəbul edildiyini göstərir.

O, qəzanın baş verməsində təqsirli olan vəzifəli şəxslərin məsuliyyət məsələsinin iyun ayında keçiriləcək Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Plenumunda müzakirəyə çıxarılmasını tapşırıb.

Qeyd edək ki, Kim Çen In zədələnmiş esminesin bərpa işlərinin də iyun plenumuna qədər başa çatdırılması barədə sərt göstəriş verib. Bu isə gəmi inşaatçıları üçün son dərəcə sıx və çətin vaxt qrafiki yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv