“Financial Times”: Çində oğurlanmış “iPhone”ların saxlandığı anbar aşkar edilib

“Financial Times”: Çində oğurlanmış “iPhone”ların saxlandığı anbar aşkar edilib






presstv

"Presstv"az #ABŞ, #Apple, #Araşdırma, #Avropa, #Çin, #Dollar, #Honkonq, #iPhone, #Jurnalistlər, #London, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Financial Times” qəzetinin jurnalistləri “Apple” smartfonlarının oğurlanması ilə bağlı beynəlxalq araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, bu cihazların əksəriyyəti yekunda Çinin Şençjen şəhərində yerləşən bir anbarda toplanır.

presstvaz xəbər verir ki, jurnalistlər bu yeri “oğurlanmış “iPhone”ların evi” adlandırıb.

Qeyd olunur ki, həmin bina rəsmi olaraq “iPhone”ların təmiri ilə məşğul olan mərkəz kimi tanınsa da, araşdırmalara görə, binanın dördüncü mərtəbəsində Avropa və ABŞ-dan gətirilmiş işlənmiş “Apple” cihazlarının satış anbarı yerləşir.

Qəzetin hesablamalarına görə, yalnız Londonda oğurlanmış texnika bazarının illik dövriyyəsi 65,5 milyon dollar təşkil edir.

Araşdırmada oğurlanmış cihazların dünyanı necə dolaşdığına dair konkret nümunə də verilib. Britaniyalı sahibkar Sem Amraninin “iPhone 15 Pro” modeli küçədə ondan oğurlanıb. O, cihazdakı izləmə funksiyası vasitəsilə telefonunun haraya hərəkət etdiyini izləyə bilib. Əvvəlcə smartfon Londonda bir təmir emalatxanasına düşüb, sonra şəhər daxilində bir neçə ünvan dəyişərək Honkonqa, ordan isə Şençjenə aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv