Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb: Açarlar təqdim edilib

Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb: Açarlar təqdim edilib






presstv

"Presstv"az #Ailə, #Məcburi köçkün, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatıb.

presstvaz xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır, dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir.

O qeyd edib ki, kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib.

Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə – yəni 840 nəfər köç edib.

13:22

Növbəti köç karvanı Xocalı şəhərinə və Ballıca kəndinə çatıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 8 ailə 29 nəfər, Ballıca kəndinə isə 1 ailə 5 nəfərin köçü həyata keçirilib.

Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcəklər. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.

Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə – yəni 811 nəfər köçürülüb.

11:56

Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29) nəfər köçürülüb.

Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 85 ailə (341 nəfər), Ballıca kəndinə isə 172 ailə (811) nəfər köç edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv