Erkən ağ saçlara son: Menyunuza əlavə etməli olduğunuz məhsullar

Erkən ağ saçlara son: Menyunuza əlavə etməli olduğunuz məhsullar






presstv

"Presstv"az #Allergiya, #Həkim, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Saçların erkən ağarmasının qarşısını almaq üçün dəmir, sink və D vitamini ilə zəngin qidalar vacib rol oynayır”.

presstvaz xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına rusiyalı diyetoloq və nutrisoloq İrina Pisareva danışıb.

Mütəxəssisin sözlərinə görə, saçlara rəng verən əsas piqment melanindir və onun sintezi orqanizmdə dəmirin miqdarından asılıdır.

“Dəmir çatışmazlığı erkən ağarmaya səbəb ola bilər. Dəmirin başlıca mənbəyi paxlalı bitkilərdir. Əgər allergiyanız yoxdursa, həftədə 3-4 dəfə 100-150 qram qəbul etmək tövsiyə olunur”, – deyə o bildirib.

Həkimin sözlərinə görə, melanin istehsalı üçün vacib olan digər element isə misdir.

“Onun əsas mənbələri arasında balqabaq və günəbaxan tumları yer alır. Hər gün 25-30 qram bu toxumlardan istifadə etmək məsləhət görülür”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, sink də melanin istehsalına təsir göstərir:

“O da paxlalılarda olur. Bundan başqa, B12 vitamini də saçların ağarmasının qarşısını alan vacib elementlərdəndir. Bu vitamini ən çox mal əti və qaraciyərdən almaq mümkündür. Həftədə 2 dəfə 200 qram qəbul edilməlidir”, – deyə Pisareva əlavə edib.

Həkim, həmçinin D vitamini ilə zəngin balıqların, xüsusilə skumbriya və qızılbalığın rasionda daim yer almasını tövsiyə edib:

Mütəxəssis qeyd edib ki, qidalanma ilə yanaşı, stres səviyyəsi də saçın rənginə təsir edir.

“Kortizolun yüksək səviyyəsi saç köklərinin qidalanmasını pozur və bu da piqmentin itməsinə səbəb olur”, – deyə o vurğulayıb.

Pisareva əlavə edib ki, erkən saç ağarması genetik faktorlarla da əlaqəli ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv