Finlandiya prezidenti: Rusiya-Ukrayna danışıqları Vatikanda keçirilə bilər

Finlandiya prezidenti: Rusiya-Ukrayna danışıqları Vatikanda keçirilə bilər






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Donald Tramp, #Finlandiya, #Münaqişə, #Roma Papası, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynada atəşkəslə bağlı “texniki” danışıqlar gələn həftə Vatikanda keçirilə bilər.

presstvaz “Yle” nəşrinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bəyan edib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr may 19dan sonra müxtəlif səviyyələrdə davam etdirilib.

Həmin tarixdə ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri, eləcə də Avropa liderləri ilə telefon danışığı keçirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə Vatikanın hazır olduğunu daha əvvəl Donald Tramp bəyan etmişdi. Bu təşəbbüsü sonradan Roma Papası XIV Leo da təsdiqləyib. Pontifik daha əvvəl Vatikanın tərəflər arasında vasitəçilik missiyasını öz üzərinə götürmək niyyətində olduğunu açıqlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv