Mask ABŞ-də sürücüsüz taksilərin işə salınacağını elan etdi

Mask ABŞ-də sürücüsüz taksilərin işə salınacağını elan etdi






presstv

"Presstv"az #ABŞ, #Avto, #avtomobillər, #İlon Mask, #Kaliforniya, #Los-Anceles, #Süni intellekt, #Tesla, #Texas ştatı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələn ay ABŞ-nin Texas ştatının Ostin şəhərinin küçələrinə sürücüsüz taksilər çıxacaq.

presstvaz xəbər verir ki, bu barədə CNBC-yə istinadən “Tesla” şirkətinin rəhbəri İlon Mask məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə cəmi 10 taksi fəaliyyətə başlayacaq və proses uğurlu alınarsa, park minlərlə avtomobilə qədər genişləndiriləcək.

O əlavə edib ki, Ostindəki debütdən sonra robotaksilərin Kaliforniya ştatında – Los-Anceles və San-Fransisko şəhərlərində də istifadəyə verilməsi planlaşdırılır.

Mask qeyd edib ki, şirkət sürücüsüz avtomobillərin hərəkət edə biləcəyi ərazini məhdudlaşdıracaq və təhlükəsizliyi təmin etmək üçün maşınlarda sürücü olmayacaq. Bununla belə, “Tesla” əməkdaşları avtomobilləri uzaqdan idarə edəcəklər.

Onun sözlərinə görə, “Tesla”nın sürücüsüz texnologiyası, ilk növbədə, lidar və radar kimi sensorlara deyil, kameralar, kompüter görməsi və süni intellekt sisteminə əsaslanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv