Özəl klinikalarda qiymətlər necə təyin olunur?

Özəl klinikalarda qiymətlər necə təyin olunur?






presstv

"Presstv"az #Həkim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün ölkədə bir çox vətəndaş özəl klinikalarda həkim qəbuluna düşmək üçün minimum 50 manat ödəyir. Hər bir qəbuldan sonra isə pasiyent əlavə analizlərə yönləndirilir ki, bu da ayrı bir xərc deməkdir.

presstvaz ATV-yə istinadən xəbər verir ki, bir ay sonra həmin həkimin qəbuluna təkrar müraciət edildikdə belə vətəndaşdan yenidən ödəniş tələb olunur. Halbuki, pasiyent hələ də xəstəliyinin konkret nə olduğunu bilmir. Bəzi hallarda isə müayinə olunmuş sahə həkimin ixtisasına aid deyil. Bu zaman pasiyent başqa bir həkimə yönləndirilir və təkrarən 50-100 manat ödəməli olur. Belə olan halda bir xəstəlik üçün dəfələrlə ödəniş edilməsinə baxmayaraq, dəqiq diaqnoz qoyulmur, müalicə isə ləngiyir.

Vətəndaşlar bildiriblər ki, bir həkim üçün 50 manat, digərinə 80 manat xərcləri çıxır. Qan analizlərinə isə ümumilikdə 400 manat ödəyirlər.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qiymətlər müəssisə ilə pasiyent arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən tənzimlənir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv