Keçən il ərzində qeydə alınmış cinayət hadisələri üzrə zərərçəkən qadınların sayı açıqlanıb

Keçən il ərzində qeydə alınmış cinayət hadisələri üzrə zərərçəkən qadınların sayı açıqlanıb






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Məişət zorakılığı, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22 325 zərərçəkmiş şəxsin 7 130-u qadın olub.

presstvaz xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında əksini tapıb.

Qeyd olunub ki, zərərçəkmiş qadınlardan 3 059-u xəsarət alıb, 268-i isə ölüb.

Müqayisə üçün bildirilib ki, 2023-cü ildə 24 287 zərərçəkmiş şəxsin 7 134-ü qadın olub. Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət almış, 296-sı ölmüşdü.

2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1 471 (2023-cü ildə -1 513) zərərçəkmiş şəxsdən 1 228-i (2023-cü ildə – 1 224) qadın olub, onlardan 1 196-sı (2023-cü ildə 1 173-ü) xəsarət alıb. 2024-cü ildə 22 485 cinayət törətmiş şəxs müəyyən edilib ki, onlardan 1 235-i qadındır.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv