Televiziyalarda qadınların nüfuzuna xələl gətirilir?

Televiziyalarda qadınların nüfuzuna xələl gətirilir?






presstv

"Presstv"az #Ailə, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Efir məkanında televiziya verilişləri və yerli istehsal olunan seriallarda təqdim olunan qadın və kişi rollarına xüsusilə diqqət yetirmək vacibdir.

presstvaz xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, “deyingən evdar qadın”, “maddiyyatçı qadın”, “avam qadın” obrazlarının hədsiz yer alması cəmiyyətdə qadın nüfuzuna xələl gətirir.

Eyni zamanda, güclü kişi obrazının məhz aqressivliklə eyniləşdirilməsi ictimai şüuru, xüsusilə formalaşma illərini yaşayan gənc ailələri yanlış yönləndirir, belə bir səhv təsəvvür formalaşdırır ki, aqressivlik, zorakılığa meyillik, ailə üzvlərinə təzyiq göstərmək xüsusiyyətləri güclü kişi obrazının mütləq tərkib hissəsidir.

Bildirilib ki, bu baxımdan, efir məkanında yeni yaradılan məzmunun qatı patriarxallıqdan uzaq olması zəruridir. Bunun üçün müvafiq məzmunu yaradan peşəkarların məhz gender həssaslığının artırılması üçün yuxarıda qeyd olunan tədbirlər vacibdir.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv