Tacikistan fondlarında saxlanılan Azərbaycan əlyazmaları rəqəmsallaşdırılacaq

Tacikistan fondlarında saxlanılan Azərbaycan əlyazmaları rəqəmsallaşdırılacaq






presstv

"Presstv"az #Azərbaycan, #Bəxtiyar Vahabzadə, #Jurnalistlər, #Kitab, #Tacikistan, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Tacikistan Milli Kitabxanaları arasında imzalanmış Memorandumun əsas xüsusiyyətlərindən biri, Tacikistan Milli Kitabxanasının fondlarında Azərbaycan klassik ədəbiyyatına məxsus qiymətli əlyazmaların mövcudluğudur”.

presstvaz bildirir ki, bununla baglı  Oxu.az-ın  Düşənbəyə ezam olunmuş müxbirinin verdiyi məlumata əsasən, bu barədə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov jurnalistlərə açıqlamasında deyib.

“Məhz bu amili nəzərə alaraq, sənədə xüsusi bir bənd əlavə etmişik. Həmin bəndə əsasən, adıçəkilən əlyazmaların rəqəmsal surətlərinin Azərbaycan tərəfinə təqdim olunması və eyni zamanda, yerli mütəxəssislərimizin və alimlərimizin Tacikistanda tədqiqat fəaliyyəti aparması üçün müvafiq şəraitin yaradılması nəzərdə tutulur.

Bundan əlavə, tərəflər qarşılıqlı razılıq əsasında 2025 və 2026-cı illərdə hər iki ölkədə tanınmış yazıçıların yubiley tədbirlərinin keçirilməsi barədə razılığa gəliblər. Belə ki, Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi Tacikistanda qeyd olunacaq, Tacikistan isə öz milli ədəbiyyatının nümayəndələrindən birinin yubileyini təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası indiyədək 19 xarici ölkədə analoji ədəbiyyat guşələrinin yaradılmasına nail olmuşdur və bu istiqamətdə fəaliyyətini davam etdirmək niyyətindədir”, – deyə K.Tahirov qeyd edib.

>


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv