Dəfndə ŞOK: Perulu kişi yas mərasimində tabutda hərəkət etdi və kömək istədi

Dəfndə ŞOK: Perulu kişi yas mərasimində tabutda hərəkət etdi və kömək istədi






presstv

"Presstv"az #Hadisə, #Həkim, #Peru

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Perunun Olmos şəhərində yerli sakinləri sarsıdan və bütün dünyanın diqqətini çəkən inanılmaz bir hadisə baş verib. Dəfn mərasimi zamanı ölmüş hesab edilən kişi gözlənilmədən tabutda hərəkət etməyə başlayıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Mirror” nəşri xəbər yayıb.

Bildirilib ki, mərhumun qohumları və yaxınları onun dəfni üçün toplaşıblar. Lakin gözlənilmədən tabutdan hərəkət səsləri eşidilib və tərpəniş hiss olunub.

“Allaha şükür! Bu adam sağdır!”, – deyə mərasim iştirakçılarından biri qışqırıb.

Hadisədən dərhal sonra kişi tabutdan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onu uzun reabilitasiya prosesi gözləyir.

Mütəxəssislər bu halın katalepsiya ilə bağlı ola biləcəyini düşünürlər. Bu sindrom zamanı insan bədənində müvəqqəti hərəkətsizlik, nəbzin zəifləməsi və tənəffüsün demək olar ki, dayanması müşahidə edilir. Katalepsiya epilepsiya və ya Parkinson xəstəliyi ilə əlaqəli nevroloji pozğunluqlar nəticəsində baş verə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv