Prezident: “Azərbaycan davamlı sülh və sabitlik üçün konstruktiv səylərini qətiyyətlə davam etdirir”

Prezident: “Azərbaycan davamlı sülh və sabitlik üçün konstruktiv səylərini qətiyyətlə davam etdirir”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Ermənistan, #İlham Əliyev, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilib. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi”.

presstvaz xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: “İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı, həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir”.\azərtac/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv