“Tiangong” kosmik stansiyasında naməlum canlı orqanizm aşkarlandı

“Tiangong” kosmik stansiyasında naməlum canlı orqanizm aşkarlandı






presstv

"Presstv"az #Bakteriya, #Çin, #Kosmos, #Stres, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin alimləri “Tiangong” kosmik stansiyasında əvvəllər məlum olmayan bir bakteriya növü aşkar ediblər. Yeni mikroorqanizmə “Niallia tiangongensis” adı verilib. Bu bakteriya Yer mənşəli analoqlarından fərqli olaraq, kosmosda sağ qalmaq qabiliyyəti ilə seçilir.

presstvaz xəbər verir ki, bu barədə “International Journal of Systematic and Evolutionary Microbiology” jurnalında məlumat yayılıb.

Yeni bakteriya 2023-cü ilin mayında “Şençjou-15” missiyası zamanı “Tiangong” stansiyasının səthindən götürülən nümunələrin təhlili nəticəsində müəyyən edilib. Genom və metabolik analizlərdən sonra məlum olub ki, bu mikroorqanizm kosmosun sərt mühitinə – mikrosıfır çəkiyə, yüksək radiasiyaya və oksidləşdirici stressə qarşı xüsusi davamlılıq göstərir.

Alimlər bildirirlər ki, “Niallia tiangongensis” radiasiya nəticəsində yaranan zədələri bərpa etmək qabiliyyətinə malikdir. Bu xüsusiyyət gələcəkdə astronavtların sağlamlığını qorumaq üçün yeni müdafiə strategiyalarının hazırlanmasında mühüm rol oynaya bilər.

Bundan əlavə, bu bakteriyanın müəyyən üzvi maddələri parçalama bacarığı sayəsində tullantıların təkrar emalı və faydalı resurslara çevrilməsi sahəsində həm kosmosda, həm də Yer kürəsində praktiki tətbiqləri ola bilər.

Xatırladaq ki, “Tiangong” stansiyası 2022-ci ildə üç əsas modul – “Tianhe”, “Wentian” və “Mengtian” birləşdirildikdən sonra tam fəaliyyətə başlayıb. 55 metr uzunluğa və 39 metr diametrə malik stansiya hazırda 340-450 km yüksəklikdə Yer ətrafında fırlanır və tərkibində üç astronavt çalışır.

Mütəxəssislər hesab edirlər ki, bu stansiya 2030-cu illərin ortalarına qədər fəaliyyət göstərə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv