Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər

Azərbaycan avtomobil sahibləri bu məhsulların orijinalını ölkəmizdə ala biləcəklər






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #Çin, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyanın ən böyük avtomobil akkumulyatoru markalarından olan Çinin “Camel” brendi və yapon keyfiyyətinin ifadəsi olan “Rizing” motor yağları Azərbaycanda rəsmi təqdim olunmağa başlayıb. Asiyanın bu iki məşhur brendini ölkəmizə 30-dan çox premium brendin rəsmi təmsilçisi olan “Azinterservice Co” şirkəti gətirib.

“Camel” akkumulyatorlarının istehsalçısı “Camel Group Co Ltd” şirkətinin və Yaponiyanın məşhur yağ və sürtkü materialları istehsalçısı olan “Chugai Yukagaku Kogyo Co. Ltd” şirkətinin nümayəndələri ilə Bakıda keçirilən imza mərasimi və görüşə 200-dək yerli iş adamı, avtomobil sektorunun təmsilçiləri də qatılıblar.

“Azinterservice Co” şirkətinin həmtəsisçisi İsmayıl Məmmədov qonaqları və iştirakçıları təmsil etdiyi şirkətin 30 illik fəaliyyəti haqqında məlumatlandırıb. Asiyanın 1-ci, dünyanın isə 3-cü ən böyük avtomobil akkumulyatorları istehsalçısı olan “Camel Group Co LTD” şirkətinin məhsullarının Azərbaycan avtomobil sahibləri üçün yüksək rəqabət qabiliyyətinə malik olduğunu bildirib. İsmayıl Məmmədov əlavə edib ki, Asiya ölkələrində bir neçə böyük istehsal və araşdırma-inkişaf müəssisələri olan bu şirkət ABŞ-nin Miçiqan ştatında da BMW avtomobillərini akkummulyator batareyaları ilə təchiz etmək üçün zavod açıb.

“Yaponiyada istehsal olunan orijinal mühərrik yağlarına Azərbaycan bazarında çox nadir hallarda rast gəlmək olar. Ölkəmizdə Yaponiya istehsalı adı ilə təqdim edilən yağ brendlərinin əksəriyyəti əslində bu ölkə ilə heç bir əlaqəsi olmayan markalardır. “Rizing” brendi isə orijinal yapon istehsalı olan məhsulları ilə geniş çeşiddə Asiya avtomobillərinin istehsalçı yağ tələblərinə tam cavab verməklə avtomobil sahiblərinin keyfiyyət gözləntilərini qarşılayacaq”, – bu fikirləri “Azinterservice Co” şirkətinin direktoru Azər Məmmədov səsləndirib.

Tədbirdə qeyd edilib ki, Azərbaycan avtomobil bazarının iştirakçıları hər iki yeni brendin məhsullarını “Azinterservice Co” şirkətinin anbarından sifariş edib, avtomobil sahiblərinə satışını həyata keçirə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv