Deputatdan TƏKLİF – Azərbaycanda yeni Kəbə yaradılsın

Deputatdan TƏKLİF – Azərbaycanda yeni Kəbə yaradılsın






presstv

"Presstv"az #Azərbaycan, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda yeni Kəbənin yaradılması təklif edilib.

presstvaz Modern.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev çıxış edib.

O, partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkən deyib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhfdə Məkkədəki Kəbənin – islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik:

“Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.

Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır.

Bu zaman bütün müsəlmanların imkanı olar ki, yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv