“Qarabağ”ın idman direktoru: “Yeni transferlərimiz olacaq”

“Qarabağ”ın idman direktoru: “Yeni transferlərimiz olacaq”






presstv

"Presstv"az #"Qarabağ"

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun, 14-15 olsun. Açığı, üçüncü ulduzumuzu da görmək istəyirəm”.

presstvaz xəbər verir ki, bunu “Qarabağ”ın idman direktoru Emrah Çelikel Ağdam klubunun 12-ci çempionluğunu şərh edərkən deyib. Klub rəsmisi əlavə edib ki, mövsümü “qızıl dubl”la başa vurmağa çalışacaqlar.

“Kubokun finalında bunun üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, avrokuboklardan əvvəl kubokda uğur qazanmaq bizim üçün böyük stimul olardı. Komandamızın, oyunçularımızın final görüşünə tam motivasiyalı çıxacağına inanıram”.

Çelikel yeni mövsüm üçün heyəti gücləndirməyə çalışdıqlarını da bildirib:

“Mütləq ki, transferlər olacaq. Kubok finalından sonra planlarımız daha dəqiq müəyyənləşəcək. Legioner limitinin ləğvi hamıya necə təsir edəcəksə, bizə də eyni şəkildə təsir göstərəcək. Bu dəyişiklik bütün klubların büdcələrinə və transfer strategiyalarına təsir edəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv