Tramp Baydendə xərçəngin aşkarlanmasına münasibət bildirdi

Tramp Baydendə xərçəngin aşkarlanmasına münasibət bildirdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Co Bayden, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydendə prostat vəzisi xərçənginin aşkarlanması xəbərlərinə münasibət bildirib.

presstvaz-ın məlumatına görə, Tramp bu barədə özünün “Truth Social” hesabında paylaşım edib.

Ağ Ev rəhbəri Co Baydenə və ailəsinə xoş arzularını çatdırıb, onun tezliklə sağalmasını diləyib:

“Melaniya və mən Co Baydenin tibbi diaqnozu ilə bağlı xəbərlərdən kədərləndik. Jill və ailəsinə ən səmimi, xoş arzularımızı çatdırırıq. Coya isə tezliklə və uğurla sağalmasını arzu edirik”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Co Baydenə prostat vəzisi xərçənginin aqressiv forması diaqnozu qoyulub. Siyasətçinin komandası bildirib ki, keçmiş prezident ötən həftə sidik ifrazı ilə bağlı problemlər səbəbi ilə tibbi müayinədən keçib, mayın 16-da isə onun sümüklərində metastazlar aşkarlanıb və onkoloji xəstəlik diaqnozu qoyulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv