AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib

AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Hakim, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur.

presstvaz xəbər verir ki, mayın 17-də paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək “Sürətin evolyusiyası” layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir.

Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.

Sərgi səhər saatlarından başlayıb və axşam saat 19:00-dək davam edəcək və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayacaq.

Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.

Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.

Qeyd edək ki, sabah – mayın 18-də “Sürətin evolyusiyası” sürət avtomobillərinin və “Supercar”ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv