Qəribə material hazırlandı: Dartıldıqda, uzanmaq əvəzinə yığılır

Qəribə material hazırlandı: Dartıldıqda, uzanmaq əvəzinə yığılır






presstv

"Presstv"az #Araşdırma, #elmi tədqiqat, #Niderland, #təyyarə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Niderlandda yerləşən AMOLF elmi-tədqiqat institutunun fizikləri inanılmaz bir material yaradıblar. Belə ki, bu material dartıldıqda, uzanmaq əvəzinə yığılır. Alimlər bu qəribə davranışı “əks qapanma” adlandırırlar. Belə bir effekt elm tarixində ilk dəfə müşahidə olunub.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə elmi tədqiqatın nəticələri PNAS jurnalında dərc olunub.

Araşdırmaya görə, bu strukturlar xüsusi 3D-printerlə hazırlanıb və onların içindəki elementlər müəyyən həddə çatdıqda, qəfil yığılaraq yeni forma alır. Yəni gərginlik artdıqca, material genişlənmək yerinə öz içinə doğru çəkilir.

Bu yenilik gələcəkdə bir çox sahədə inqilab yarada bilər:

– Tibbi robotlar və protezlər – həm sərt, həm elastik ola bilərlər.

– Zəlzələyə davamlı binalar – vibrasiyaya qarşı müqavimət artırıla bilər.

– Təyyarələr və texniki avadanlıqlar – özünü tənzimləyən strukturlarla daha təhlükəsiz hala gətirilə bilər.

Yeni mexanizm sayəsində bu strukturlar bir istiqamətdə addım-addım hərəkət edə, sərtliyini dəyişə və hətta öz titrəmə tezliyini tənzimləyə bilir.

Alimlərin fikrincə, bu material gələcəkdə müdafiə geyimlərində, elastik-çevik protezlərdə və texniki qurğularda geniş istifadə oluna bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv