Qərbi Azərbaycan Xronikası: “Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük”

Qərbi Azərbaycan Xronikası: “Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Bakı, #Deportasiya, #Ermənistan, #Gürcüstan, #İlham Əliyev, #İrəvan, #Meşə, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

presstvaz xəbər verir ki, “Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım” adlı veriliş Loru mahalı, Allahverdi rayonunun Böyük Ayrım kəndinin sakini Güllü Qocayevanın həyat hekayəsinə həsr olunub.

O, 1976-cı ildə doğulduğunu, uşaqlıq və məktəb illərinin xoş keçdiyini xatırladıb: “Uşaqlıqda yayda Ləlvər dağına köç edər, müxtəlif oyunlar oynayar, meşəyə gedər, meyvə toplayar, səhənglə bulaqdan su gətirərdik. Məktəbdə oxuyanda İrəvana olimpiadaya gedirdik. Babamın dörd kəndin arasında Daşkəsən adlı binəsi vardı. O cığırların hamısı gözümün önündədir”.

Onun sözlərinə görə, 1988-ci ilin sentyabr ayında kəndin bütün uşaqları, qadınları Gürcüstanın Sadaxlı kəndinə yerləşdirilib: “Biz 15 gündən sonra kəndimizə döndük. İnsanlar təşviş, qorxu içində idilər. Noyabrın 28-də gecəyarısı xəbər gəldi ki, kəndi boşaltmalısınız. Kəndə yaxın sanatoriyaya Sumqayıtdan gəlmiş ermənilər yerləşdirilmişdilər. Onlar kəndə xətər yetirmək istəyirdilər. Əşyaları yavaş-yavaş yığışdıranda, nənəm anama dedi ki, biz oğlumun üstündən torpaq götürmədik. Qəbiristanlıq evimizdən 100 metr aralı idi. Mən bir yaş kiçik bacımla heç kimə demədən atamın qəbrinin üstündən torpaq götürdük. Qohumlar elə bilmişdilər ki, bizi ermənilər aparıblar. Torpağı gətirib nənəmə verəndə qabağımızda diz çökdü. Beləliklə, gecəyarısı hamı kənddən çıxdı. Meşə ilə gedib Axtala kəndindən keçib Gürcüstanın Sadaxlı kəndinə düşməli idik. Xeyli uzun yol idi. Hamı elini, obasını, ocağını qoyub köç edirdi. Yolda ermənilər dayanmışdı, camaatı yoxlayırdılar. Hamı ağlaya-ağlaya gedirdi. Balaca qardaşım qucağımızda idi, 5 yaşı vardı. Gecə saat 3-də göz-gözü görməyən duman gəldi. Mənim 12 yaşım vardı, yolumu azdım. Səhərə yaxın bir kəndə gəlib çıxdım. Bir qoca kişi dedi ki, bura Mollaoğlu kəndidir. Oradan da məni Sadaxlı kəndinə apardılar. Orada nənəm qurbanlıq kəsdi. Sonra Bakıda məskunlaşdıq”.

Ürəyi kəndləri ilə döyündüyünü deyən G.Qocayeva doğma yurda qayıtmaq ümidini itirmədiyini söyləyib: “Atamın orada uyuyan qəbrini ziyarət etmək istəyirəm. Vətənimə, uşaqlıq həsrəti yaşadığım kəndimə, babamın, elimin-obamın yurduna mütləq dönəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv