Avropa İttifaqı Türkiyə ilə daha sıx əməkdaşlıq etmək məcburiyyətindədir

Avropa İttifaqı Türkiyə ilə daha sıx əməkdaşlıq etmək məcburiyyətindədir






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Avropa İttifaqı (Aİ), #Donald Tramp, #Hakan Fidan, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın ona etinasız münasibəti fonunda qitənin təhlükəsizliyini gücləndirmək zərurətinə görə Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

presstvaz xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat verib.

Məlumata görə, ABŞ-nin hazırkı administrasiyasının Avropa təhlükəsizliyinə açıq şəkildə diqqət yetirməməsi nəzərə alınmaqla, strateji əhəmiyyətə malik olan Türkiyə ilə Aİ-nin daha sıx tərəfdaşlığı qaçılmazdır. Qeyd olunur ki, Türkiyənin xarici işlər naziri, Milli Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hakan Fidan mütəmadi olaraq Aİ-nin müdafiə tədbirlərinə dəvət olunur.

Qəzetə danışan Qərb diplomatının sözlərinə görə, Aİ-yə üzv olan ölkələr Ankara ilə daha sıx əməkdaşlıq etmək və bir neçə yeni fəaliyyət sahəsi üçün əlavə kanal açmaqda maraqlıdırlar. Bildirilir ki, bu yanaşma, ikitərəfli münasibətlərdə mövcud dəyişiklikləri əks etdirir.

“Aydın oldu ki, Avropanın təhlükəsizliyini Türkiyəsiz, xüsusən də onun müdafiə sənayesi olmadan təsəvvür etmək mümkün deyil”, – deyə qəzet Prezident Rəcəb Tayyib Ərdoğandan sitat gətirib.

Dövlət başçısı ötən ay Antalya Diplomatik Forumunun açılış mərasimində bildirib ki, Aİ mövcud çətinliklərin öhdəsindən gəlmək istəyirsə, Türkiyəni tamhüquqlu üzv kimi öz sıralarına qəbul etməlidir.

Ərdoğan vurğulayıb ki, Türkiyənin Aİ-yə üzv olmaq məqsədindən uzaqlaşdığına dair iddia və tənqidlər tamamilə əsassızdır, çünki bu, ölkənin strateji hədəfi olaraq qalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv