Qətərin “Boeing” təyyarəsi son 24 ildə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq

Qətərin “Boeing” təyyarəsi son 24 ildə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Ailə, #Barak Obama, #Birləşmiş Ərəb Əmirlikləri, #Dollar, #Donald Tramp, #Kitab, #Qətər, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın Qətər kral ailəsindən hədiyyə olaraq qəbul etməyi planlaşdırdığı təxminən 400 milyon dollar dəyərində “Boeing 747-8” təyyarəsi qiymətinə görə 2001-ci ildən bəri xarici ölkə tərəfindən ABŞ prezidentlərinə verilən bütün hədiyyələrin cəmindən 100 dəfə dəyərlidir.

presstvaz bildirir ki, bu barədə “Axios” portalı ABŞ Dövlət Departamentinin məlumatlarına istinadən xəbər yayıb.

Təhlillərə görə, kiçik Corc Buşun prezidentliyinin əvvəlindən Trampın ikinci müddətinə qədər prezidentlər ümumi məbləği 3.8 milyon dollar olan hədiyyələr qəbul ediblər. ABŞ liderlərinə daha çox, kitablar, rəsmlər, əntiq əşyalar, zərgərlik əşyaları, həmçinin heyvanlar hədiyyə edilib.

“Axios”un aşkara çıxardığı kimi, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla, Körfəz ölkələri xüsusilə dəbdəbəli hədiyyələr təqdim edirlər. İndiyədək onlardan ən bahalısı isə xüsusi sifariş əsasında hazırlanmış və əl işi olan, təxminən 500 min dollar dəyərində iki atın bürünc heykəli olub. Bu hədiyyə Səudiyyə Ərəbistanı tərəfindən sabiq prezident Barak Obamaya verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv