Lionel Messinin qolu sənət əsərinə çevriləcək

Lionel Messinin qolu sənət əsərinə çevriləcək






presstv

"Presstv"az #Argentina, #Futbol, #Hərrac, #İnter Mayami, #Lionel Messi, #Nyu-York, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lionel Messi ən yaxşı qolunu seçərək onun sənət əsərinə çevrilməsində iştirak edəcək.

presstvaz xəbər verir ki, mayın 22-də argentinalı futbolçu hansı qolunun onun üçün xüsusilə dəyərli olduğunu açıqlayacaq.

Bundan sonra Messi və türkiyəli rəssam Refik Anadol seçilmiş qolun görüntülərini yaradacaqlar. Sənət əsərinin satışından əldə olunacaq gəlir xeyriyyə işlərinə xərclənəcək.

“İnter Mayami”nin forvardı 800-dən çox qol arasından yalnız birini seçməyin çox çətin olduğunu vurğulayıb:

“Onların hər biri dəyərlidir, bəziləri isə həqiqətən vacibdir və ya inanılmaz xatirələr doğurur. Amma bu unikal layihəni həyata keçirmək üçün birini ilk dəfə ən yaxşı kimi qeyd etməyə dəyər. Bu işin arxasında güclü məqsəd var”.

Yaradılacaq əsər Nyu-Yorkda “Christie’s” hərrac evinin himayəsi ilə iyunun 11-də satışa çıxarılacaq. Alıcının adı iyulun 25-də elan olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv