“Avroviziya 2025”: Azərbaycan finala keçə bilmədi

“Avroviziya 2025”: Azərbaycan finala keçə bilmədi






presstv

"Presstv"az #Almaniya, #Avroviziya, #Azərbaycan, #Bakı, #Belçika, #Böyük Britaniy, #Böyük Britaniya, #Estoniya, #Fransa, #İspaniya, #İtaliya, #Moldova, #Niderland, #Norveç, #Polşa, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avroviziya 2025″in ilk finalçıları bəlli olub.

presstvaz xəbər verir ki, Azərbaycan təmsilçisi “Mamagama” qrupu final mərhələsinə adlaya bilməyib.

İlk finalçıları təqdim edirik:

1-Norveç

2-Albaniya

3-İsveç

4-İslandiya

5-Niderland

6-Polşa

7-San-Marino

8-Estoniya

9-Portuqaliya

10-Ukrayna

01:31

“Avroviziya 2025” müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutub.

presstvaz xəbər verir ki, Azərbaycan bu mərhələdə “Mamagama” qrupu ilə təmsil olunub və 10-cu nömrə altında çıxış edib.

Yarışmanın növbəti yarımfinal mərhələsi mayın 15-də keçiriləcək. Final mərhələsi isə mayın 17-də baş tutacaq və həmin gün “Avroviziya 2025″in qalibi müəyyənləşəcək.

00:31

Azərbaycan təmsilçisi “Mamagama” qrupu İsveçrənin Bazel şəhərində keçirilən “Avroviziya 2025” mahnı müsabiqəsində çıxış edib.

presstvaz xəbər verir ki, təmsilçi “Run with U” mahnısı ilə təmsil olunub.

Qeyd edək ki, qrup 10-cu nömrə altında çıxış edib və performansı ilə diqqət çəkib.

13 may, 23:19

“Avroviziya 2025” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsinə start verilib.

presstvaz xəbər verir ki, çıxışlar İctimai Televiziyanın (“İctimai TV”) canlı efirində yayımlanır.

Bu il müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Birinci və ikinci yarımfinallar müvafiq olaraq mayın 13 və 15-də, final isə mayın 17-də baş tutacaq.

Azərbaycanı təmsil edən “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10-cu nömrə altında səhnəyə çıxacaq. Qrupun üzvləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov “Run with U” mahnısını ifa edəcəklər.

15:41

Bu gün İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi müsabiqəsinin birinci yarımfinalında ilk finalçılar müəyyənləşəcək.

presstvaz-ın verdiyi məlumata görə, müsabiqə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycanı təmsil edən “Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10-cu nömrə altında səhnəyə çıxacaq. Qrupun üzvləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov “Run with U” mahnısını ifa edəcəklər.

Yarımfinalda iştirak edən 15 ölkədən səsvermə yolu ilə 10-u finala vəsiqə qazanacaq.

13 may birinci yarımfinalda ölkələrin çıxış ardıcıllığı:

1. İslandiya – “VÆB” – “RÓA”

2. Polşa – Yustina Steçkovskaya – “GAJA”

3. Sloveniya – Klemen – “How Much Time Do We Have Left”

4. Estoniya – Tommi Keş – “Espresso Macchiato”

İspaniya – Melodi – “ESA DIVA”

5. Ukrayna – “Ziferblat” – “Bird of Pray”

6. İsveç – “KAJ” – “Bara Bada Bastu”

7. Portuqaliya – “NAPA” – “Deslocado”

8. Norveç – Kayl Alessandro – “Lighter”

9. Belçika – Red Sebastyan – “Strobe Lights”

İtaliya – Luçio Korsi – “Volevo Essere Un Duro”

10. Azərbaycan – “Mamagama” – “Run With U”

11. San-Marino – Qabri Ponte – “Tutta L”Italia”

12. Albaniya – “Shkodra Elektronike” – “Zjerm”

13. Niderland – Klaud – “C”est La Vie”

14. Xorvatiya – Marko Boşnyak – “Poison Cake”

İsveçrə – Zoi Me – “Voyage”

15. Kipr – Teo Evan – “Shh”

Keçən il olduğu kimi, bu il də müsabiqədə çıxışı əvvəlcədən finala təmin edilmiş “Böyük Beşlik” (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və ev sahibi İsveçrə iştirak edəcək. Bu ölkələrin çıxışları yarımfinallarda nümayiş olunsa da, səsvermədə iştirak etmirlər.

“Avroviziya 2025” mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri ifaçı, musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin, televiziya və radio aparıcısı Ağa Nadirov olacaqlar.

İkinci yarımfinal 15 mayda, böyük final isə 17 mayda keçiriləcək.

Bu il “Avroviziya”da 37 ölkə iştirak edir. Monteneqro iki illik fasilədən sonra müsabiqəyə qayıdıb, Moldova isə maliyyə səbəbləri ilə iştirakdan imtina edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv