MDB ölkələrində silahlara nəzarət məsələləri müzakirə edildi

MDB ölkələrində silahlara nəzarət məsələləri müzakirə edildi






presstv

"Presstv"az #Azərbaycan, #Belarus, #Kosmos, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Rusiya, #Rusiya XİN, #Süni intellekt, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

MDB ölkələrinin xarici işlər nazirliklərinin nümayəndələri silahlara nəzarət və kosmosda silahlanma yarışının qarşısının alınması məsələlərini müzakirə ediblər.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Minskdə keçirilən nazirliklərarası məsləhətləşmələrlə bağlı açıqlamasında qeyd olunub.

Açıqlamada deyilir ki, görüş zamanı silahlara nəzarət mövzusunda hərtərəfli fikir mübadiləsi aparılıb. İştirakçılar müxtəlif çoxtərəfli platformalarda əməkdaşlıq, kosmosda silahlanma yarışının qarşısının alınması, süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi, kimyəvi silahların yayılmasına nəzarət, habelə etimadın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Rusiya XİN-in məlumatına görə, görüşdə Azərbaycan (müşahidəçi kimi), Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Tərəflər MDB çərçivəsində və çoxtərəfli platformalarda mövzu ilə bağlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv