Gəncliyin və sağlamlığın təbii eliksiri olan məhsullar – Rusiyalı həkimdən tövsiyələr

Gəncliyin və sağlamlığın təbii eliksiri olan məhsullar – Rusiyalı həkimdən tövsiyələr






presstv

"Presstv"az #Araşdırma, #diabet, #Həkim, #Qocalma, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Resveratrol – bitki mənşəli güclü antioksidantdır və insan sağlamlığı üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu heyrətamiz komponent tut, zoğal, mərcangilə, qarağat, araxis, kakao paxlası, eləcə də qırmızı və ağ şərabın tərkibində olur.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və qastroenteroloq Nuriya Dianova Gazeta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, resveratrol orqanizmdə oksidləşdirici streslə mübarizə aparır və vaxtından əvvəl qocalma ilə yanaşı, bir çox xəstəliklərin yaranmasına səbəb olan sərbəst radikalları neytrallaşdırmağa kömək edir.

"Resveratrol iltihab göstəricilərinin səviyyəsini azalda bilər ki, bu da xüsusilə 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınması və müalicəsi üçün mühüm əhəmiyyət daşıyır", – deyə o bildirib.

Resveratrolun ürək və damar sağlamlığına da müsbət təsir göstərdiyi qeyd olunur. Qan damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır və bununla da ateroskleroz, infarkt və insult riskini azalda bilər.

Bəzi elmi araşdırmalar resveratrolun şişin böyüməsini yavaşlatmaq və xərçəng hüceyrələrində apoptozu – yəni proqramlaşdırılmış hüceyrə ölümünü stimullaşdırmaqla, xərçəng əleyhinə təsir göstərə biləcəyini göstərir.

Resveratrolun digər bir faydalı xüsusiyyəti onun metabolik sağlamlığı yaxşılaşdırmaq və həyat müddətini uzatmaq qabiliyyətidir.

Nuriya Dianova əlavə edib ki, bu maddə bağırsaqlarda sürətlə sorulsa da, qida əlavəsi formasında istifadə edildikdə orqanizm tərəfindən cəmi 12% mənimsənilir. Buna görə də resveratrolu birbaşa təbii qidaların tərkibində qəbul etmək daha effektiv hesab olunur./oxu.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv