Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, #Həkim, #plastik cərrah, #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə "Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı" təsdiq edilib.

Qeyd edək ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş və 42 həkimin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilib.

Halbuki, xüsusi icazə üçün 100-ə yaxın müraciət olub. Cəmi 42 həkimə xüsusi icazənin verilməsi bu sahədə keyfiyyətin yüksələcəyinə bir ümid yaradır.

Amma həkimlərin azalmasının xidmətdəki qiymətlərə də yeni dinamika verəcəyi də qeyd olunur.

Məsələ ilə bağlı Tibb elmləri doktoru Adil Qeybullanın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında bu qərarın işin keyfiyyətinə təsir edəcəyini düşünmədiyini deyib:

"Sadəcə, sözügedən prodsedur bundan sonra qanunla, hüququn imkan verdiyi formada tənzimlənəcək. Əslində bizdə akkredasiya sistemi yoxdur. Ona görə də belə bir icazəli sistem yaradıldı. Bu da müəyyən bir süzgəcdir. Yəni kim gəldi plastik cərrahiyyə ilə məşğul olmayacaq. Söhbət bundan gedir ki, bu işlə məşğul olanların əllərində hüquqi əsas olsun".

Bəs, həkim azlığı xidmətin qiymətlərini qaldırmayacaq ki?

"Bu daha çox xəstələrin rəyindən və istəyindən asılıdır. O ki, qaldı saya… Onu deyə bilərəm ki, gələcəkdə həm ilk dəfə xüsusi icazə kağızı almayan, həm də yeni həkimlər müracət edib, sertifikat ala biləcəklər", – deyə müsahibimiz əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv