Dubay şokoladının tərkibində elə gizli maddə var ki…

Dubay şokoladının tərkibində elə gizli maddə var ki…






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Sosial şəbəkələr, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və dəbdəbəli təqdimatı ilə diqqət çəkən bu məhsulun arxasında sağlamlığa ciddi zərər verə biləcək gizli təhlükələr dayanır. 

presstvaz xəbər verir ki, bu dəfə adı çəkilən məhsulun tərkibində insan sağlamlığı üçün təhlükəli maddələrə rast gəlinib. Məlum olub ki, parlaq və cazibədar görünüşünün əksinə olaraq bu şokolad mikroskop altında ciddi təhlükə mənbəyi kimi görünür.

Almaniyalı tədqiqatçıların apardığı analizlər nəticəsində Dubayda istehsal olunan bu şirniyyatlarda xərçəngə səbəb ola biləcək toksik maddələr və istifadəsi qadağan olunan kimyəvi əlavələr müəyyən edilib. Araşdırma göstərib ki, şokoladın tərkibində orqanik püstə əvəzinə süni rəngləndiricilər, ucuz kakao-yağ əvəzediciləri və aflatoksin adlı zəhərli birləşmələrdən istifadə olunub.

Mütəxəssislərin vurğuladığına görə, aflatoksinlər nə dad, nə qoxu verir, nə də bişirmə zamanı təsirsiz hala gəlir. Onlar az miqdarda qəbul edilsə belə, güclü zəhərlənməyə yol aça bilər. Bu maddələrin davamlı şəkildə orqanizmə daxil olması qaraciyər hüceyrələrini zədələyir və nəticədə qaraciyər xərçənginin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv