Rəşad Sadıqov: "Onlar Azərbaycan futbolunun düşmənləridir"

Rəşad Sadıqov: "Onlar Azərbaycan futbolunun düşmənləridir"






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Futbol, #Gürcüstan, #Hakim, #Mətbuat konfransı, #Premyer Liqası, #PSJ, #Səbail, #Vəzifə, #Xviça Kvaratsxeliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Bu gün süni ot örtüyü çətinlklər yaradırdı. Buna baxmayaraq, futbolçularım istəkli, intizamlı idilər. Bilirdilər ki, sonuncu yerin müqəddəratı həll olunur. Biz peşəkarlığı qoruduq". 

presstvaz xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXIV turunda "Səbail"lə oyundan (1:0) sonra bildirib.

Təcrübəli çalışdırıcı "Zirə"də çalışdığı 5 ili şərh edib: "Əslində, bu mövzuya bir mətbuat konfransı yetməz. Bu mövsüm nə qədər xal qazanmağımızın fərqi yoxdur. Ötən il 55 xal toplamışdıq. Amma fərqi yoxdur 70, 90 xal yığaq. Qarşımızda 2-ci yeri tutmaq vəzifəsi qoyulmamışdı. İstərdik ki, imkan daxilində daha çox qələbələrimiz olsun. Bizdə bəzən yalnız 90 dəqiqənin necə bitməsi müzakirə olunur. Lakin nəticələr geniş müzakirə edilməlidir. Mənim çalışdığım müddət ərzində ən pis nəticə 5-ci yeri tutmağımız olub ki, onda da 4-cü pillədəki komanda ilə eyni xalı yığmışdıq. Bu mövsüm hakim səhvləri də azalıb. İndi klublar nadir hallarda şikayətlənirlər. İki dəfə kubokun finalında oynadıq, "Qarabağ" kimi rəqibə uduzduq. Təbii ki, bizim də səhvlərimiz, xətalarımız var idi. Hər dönəmin öz "Zirə"si olub. Bilmirik gələn il necə olacaq. Bəlkə də eyni oyunu göstərib, 5-ci yeri tuta bilərik. Bəs onda necə olacaq? Bu, uğurlu nəticə sayılacaq, ya yox? İstənilən halda, bütün azarkeşlərimizə təşəkkürümü çatdırıram. 7-8 turda eniş dövrü olsa da, bizə dəstəklərini əsirgəmədilər, qarda, yağışda, qızmarda bizimlə oldular". 

R.Sadıqov özünütənqid barədə də danışıb: "Bəzən qalib gəldiyimiz oyunlarda belə səhvlərimizi axtarırıq. Ötən ilin yayında avrokuboklardan sonra eniş yaşadıq. 7-8 tur narahat idik. Xüsusilə mental hazırlıq baxımından problem var idi. Əvvəlki 4 ildə qış fasiləsindən sonra, yəni 3-cü dövrədə eniş olurdu. Bu dəfə 3-4-cü dövrə uğurlu alındı. Sadəcə, bəzi oyunlarda ikinci hissəyə uğurlu başlaya bilmirdik. Mental cəhətdən eniş zamanı da səhvlərin çoxunu özümdə görürdüm".

Baş məşqçi Azərbaycanda kifayət qədər istedadlı futbolçu olduğunu vurğulayıb: "Son 10 ildə bəlkə də 50 istedadlı oyunçunu itirmişik. 2017 və ya 2018-ci ildə U-19 yığmalarının Avropa çempionatının elit raundunda həlledici görüş Azərbaycan və Gürcüstan arasında idi. Biz həmin matçda qələbə qazandıq. O zaman Gürcüstan komandasının heyətində forma geyinən Xviça Kvaratsxeliya PSJ ilə Çempionlar Liqasının finalına yüksəldi. Bizim futbolçular isə Azərbaycan çempionatından kənara çıxa bilmirlər. "Azərbaycanda futbol yoxdur" deyiənlər Azərbaycan futbolunun düşmənləridir. Bizdə futbol da var, istedadlı oyunçular da. Təəssüf ki, müəyyən dövrdə buraxılan səhvlərə görə istedadlı yetirmələri itiririk, onlar böyük futbolçu kimi yetişə bilmirlər".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv