İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi

İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi






presstv

"Presstv"az #Bakı, #İspaniya, #İspaniyanın, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş verən yanğın olub.

presstvaz-ın xəbərinə görə, bu barədə “İnfobae” nəşri yazıb.

Məlumata görə, yanğın Kataloniyada yerləşən “Clim Waterpool” anbarında yerli vaxtla saat 02:20-də (Bakı vaxtı ilə 04:20 – red.) baş verib.

Barselonanın Vilanova-i-la-Jeltru, San-Pere-de-Ribes və Kubelyes, həmçinin Tarraqonadakı Kunita və Kalafel şəhərlərinin sakinlərinə küçəyə çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq və kondisionerdən istifadə etməklə bağlı çağırış edilib. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir, lakin Kataloniyaya bir neçə əlavə təcili yardım briqadası gəlib. Fövqəladə hallar xidmətlərinin işini asanlaşdırmaq üçün yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

Kataloniya yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.

“Biz yanğının qonşu anbarlara yayılmasının qarşısını aldıq. Tapşırıqlardan biri də yanğın nəticəsində əmələ gələn şleyfə nəzarət etmək, onun inkişafını və toksiklik səviyyəsini izləməkdir”, – deyə yanğınsöndürənlər bildiriblər.

Yanğınsöndürmə ilə mübarizəyə 60 yanğınsöndürən və 20 xüsusi briqada, o cümlədən texnoloji və əməliyyat riskləri ilə işləyən qrup və kimyəvi kəşfiyyat təcili xilasetmə maşını cəlb edilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv