Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?

Zaqatala Beynəlxalq Hava Limanı niyə işləmir?






presstv

"Presstv"az #Azərbaycan, #Beynəlxalq Hava Limanı, #Nəqliyyat, #Turizm sektoru

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hava nəqliyyatı hər bir ölkənin iqtisadi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Xüsusilə turizm sektorunun canlanmasında hava limanlarının əlçatanlığı və funksionallığı əhəmiyyətli amillər sırasındadır. Azərbaycanda da son illər hava nəqliyyatı infrastrukturunun yenilənməsi və genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. Bununla belə, bəzi hava limanlarının fəaliyyət göstərməməsi və ya məhdud rejimdə işləməsi suallar doğurur. Bu vəziyyətin yaranmasında əsas səbəblərdən biri kimi idarəetmə problemləri və regionların potensialının yetərincə dəyərləndirilməməsi göstərilir.

presstvaz xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən 12 hava limanından yalnız 8-i beynəlxalq statusa malikdir. Lakin bu hava limanlarından sadəcə dördü aktiv şəkildə istifadə olunur, onlardan da yalnız ikisində məhdud sayda uçuşlar həyata keçirilir.

Bəs niyə beynəlxalq səviyyəyə malik 8 hava limanından yarısı tamamilə istifadəsizdir?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov bu vəziyyəti əsasən subyektiv yanaşma və peşəkar olmayan idarəçiliyin nəticəsi kimi qiymətləndirir:

“Məsələn, Zaqatala Beynəlxalq Hava Limanının yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılıb, lakin yalnız bir uçuş həyata keçirilib. Bu reysdən isə cəmi 70-dən bir qədər artıq sərnişin istifadə edib. Daha sonra isə liman fəaliyyətini dayandırıb. Halbuki Zaqatala bölgəsi turizm imkanlarına görə kifayət qədər cəlbedici hesab oluna bilər və dövlət dəstəyi ilə burada müntəzəm uçuşların təşkili real görünür”.

Yekun olaraq, fəaliyyətsiz qalan hava limanlarını işə salmaq üçün ilk növbədə həmin bölgələrin turizm potensialı xarici bazarlarda daha geniş tanıdılmalı və bu regionlara səyahət marağı artırılmalıdır. Xaricdə bu ərazilərin istirahət və gəzməli məkanları ilə bağlı effektiv tanıtım kampaniyalarının aparılması vacibdir.\milli.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv