Avropalıların azərbaycanlılar kimi yaşadığı şəhər

Avropalıların azərbaycanlılar kimi yaşadığı şəhər






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #İtaliya, #Milan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Oralarda necədir?” rubrikasında bu dəfə İtaliyanın ikinci ən böyük şəhəri – dəbin paytaxtı hesab edilən Milandan bəhs olunub.

Bu şəhərdə səhər adətən kruassan və kapuçino ilə açılır. Saat 12-də lanç zamanıdır. Milanın əhalisi bizim kimi şirniyyatı, dadlı yeməkləri çox sevir.

Amma bununla yanaşı, idman etməyi və velosiped sürməyi də unutmurlar. Milanda qazancı yaxşı olanlar da özlərinə ev almırlar. Deyirlər ki, ayda 1000-3000 avro verib kirayədə qalmaq daha çox sərf edir, nəinki 500 min avro verib ev almaq.

Milan elə şəhərlərdəndir ki, burada dəbli geyinmək normaldır. Bir çox dünyaca məşhur moda evlərinin mərkəzi ofisləri də bu şəhərdədir. Onlar da bizim kimi geyimlərdə qara rəngə çox üstünlük verirlər. Milanlılarla bir ortaq cəhətimiz isə neçə yaşın olursa-olsun, valideynlərin övladlarını tək buraxmamasıdır.

Ən çox da analar və oğullar arasında olan sıx bağlılıq bizdəki kimidir. Bəzi kişilər uzun illər anaları ilə yaşaya bilərlər. maraqlıdır ki, onlara “ana uşağı” deyilməsindən heç də narahat olmurlar.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv