Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? – İçinə qatılanlar açıqlandı

Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? – İçinə qatılanlar açıqlandı






presstv

"Presstv"az #Dərman vasitələri, #Həkim, #Həkim məsləhəti, #Qrip, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qrip və soyuqdəymə zamanı simptomatik müalicə üçün çox vaxt toz halında olan dərmanlardan istifadə olunur. Ağrıkəsici və temperatur salma xüsusiyyətlərinə malik olduğu üçün bu preparatlara tələbat böyükdür. Əczaçı Səidə Pənahovanın sözlərinə görə, sakinlər ən çox respirator xəstəliklərlə bağlı dərmanlar alırlar:

"Əsasən toz şəklində olan dərmanlar tələb olunur. Bəzən xəstələr düzgün istifadə qaydasını bilməyərək onları 2-3 saatdan bir qəbul edirlər, amma bu düzgün deyil. Arada ən azı 5 saat fasilə olmalıdır".

Buna baxmayaraq, bir çox ölkələrdə istifadəsi qadağan edilən "Nimesil" kimi digər toz halında olan dərmanların da zərərli tərəfləri var. Terapevt Sübhan Hacıyevin sözlərinə görə, bu dərmanların bəziləri nimesulid tərkibli olduğu üçün ciddi fəsadlara yol aça bilər. Bundan başqa, toz halında olan dərman vasitələrinin istifadəsi allergik reaksiyası olan insanlar üçün təhlükəli sayılır.

"Belə dərmanların tərkibində kifayət qədər ciddi molekullar var. Onların qeyri-rasional və həkim nəzarəti olmadan qəbulu həm qaraciyər, həm böyrəklər, həm də mədə-bağırsağın fəaliyyətinə ciddi fəsadlar törədə bilər. Xəstələr həkim məsləhəti olmadan dərman molekullarına müraciət etməsinlər", – deyə o əlavə edib. (baku.tv)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv