UEFA Çempionlar Liqası: PSJ finala vəsiqə qazandı

UEFA Çempionlar Liqası: PSJ finala vəsiqə qazandı






presstv

"Presstv"az #Almaniya, #Fransa, #Hakim, #London, #PSJ, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində PSJ evdə “Arsenal”ı qəbul edib.

presstvaz xəbər verir ki, “Park de Prens” stadionunda keçirilən qarşılaşma Fransa təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Luis Enrikenin yetirmələri rəqib qapısına hər iki hissədə bir dəfə yol tapa biliblər. Fabian Ruis 27-ci, Əşrəf Hakimi isə 72-ci dəqiqədə fərqləniblər.

Vitinya 69-cu dəqiqədə penaltini reallaşdıra bilməyib. Əvəzində London təmsilçisi qollardan birinin əvəzini çıxıb. Bukayo Saka 79-cu dəqiqədə Canluici Donnarummanı məyus edib.

Minimal hesablı qələbə PSJ-nin finala çıxması üçün kifayət edib. Belə ki, tərəflər arasında ilk matç fransalıların 0:1 hesablı üstünlüyü ilə başa çatmışdı.

PSJ final görüşündə “İnter”lə üzləşəcək. Final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində, “Allaianz Arena” stadionunda keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv