Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı

Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı






presstv

"Presstv"az #Almaniya, #Azərbaycan, #Cəbrayıl, #Fransa, #Müharibə, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa hökuməti İkinci Dünya müharibəsinin xatirəsindən müvəqqəti siyasi məqsədlər üçün istifadə edir.

presstvaz “Minval”a istinadən xəbər verir ki, mayın 8-də Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər planlaşdırılır. Təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycan səfiri Leyla Abdullayevaya dəvət göndərilməyib.

Aydındır ki, Makronun komandası hər cəhətdən ucuz siyasi hərəkətlərə əl atır ki, bu da hökumətdə heç bir mənəvi dəyər və etik normaların olmadığını nümayiş etdirir.

Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə haqqında çox danışmaq olar. Yalnız ən məlum rəqəmlərlə kifayətlənək: Almaniyaya qarşı döyüş əməliyyatlarında 600 min vətəndaşımız iştirak edib. Onlardan 300 mini həlak olub. Azərbaycan hər onuncu vətəndaşını itirib. Ekspertlər Azərbaycan neftinin və logistikasının unikal rolunu təsdiq edirlər.

Ən əsası isə Fransız Müqavimət Hərəkatında Azərbaycan vətəndaşlarının iştirakı faktı var. Əvvəla, bu Əhmədiyyə Cəbrayılovdur. O, Fransanın ən yüksək ordeni ilə təltif edilib. Bundan əlavə, Fransa rəhbərliyi ona Hərbi Xaç, “Döyüş Şücaəti” Xaçı, “Fransız Müqavimət Hərəkatı” medalı, “Cəsarət” medalı verib. Həm də Əhmədiyyə Cəbrayılov Fransa naminə vuruşan yeganə soydaşımız olmayıb.

Lakin görünür Makron hökuməti bütün bunları gözardı etməyi özünə sığışdırmağı bacarır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv