Nazir: “Yeni tədris ilindən 6 yeni ixtisaslaşma üzrə magistraturaya mütəxəssis hazırlanacaq”

Nazir: “Yeni tədris ilindən 6 yeni ixtisaslaşma üzrə magistraturaya mütəxəssis hazırlanacaq”






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Tibb Universiteti, #Bakı, #Macarıstan, #Magistratura, #Səhiyyə Nazirliyi, #Teymur Musayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən il Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən “Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, konsepsiyada əksini tapmış “Ali məktəblər üçün virtual əczaçılıq zavodu” layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində “Elmi-istehsalat təcrübə bazası”nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır:

“Konsepsiyanın tədbirlər planına uyğun olaraq, 2025/2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq”.

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi, Macarıstanın Azərbaycandakı səfirliyi və “Scandens” əczaçılıq şirkətinin birgə təşkilatçılığı keçirilir. Tədbirdə yerli və xarici qonaqlar daxil olmaqla 300-ə yaxın iştirakçı bir araya gəlib.

Məqsəd ölkədə əczaçılıq sektorunun mövcud vəziyyətini təhlil etmək, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tibb və əczaçılıq təhsili sahəsində yeni çağırışları müəyyənləşdirməkdir.

Bu da Azərbaycanda əczaçılıq sənayesinin inkişafına və xarici tərəfdaşlarla təcrübə mübadiləsinə həsr olunmuş ilk beynəlxalq tədbirdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv