Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır

Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #COVID-19, #COVID-19 pandemiyası, #Kitab, #pandemiya, #Smartfon, #Sosial şəbəkələr, #Təhsil, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müasir cəmiyyət intellektual inkişaf səviyyəsində əhəmiyyətli dəyişikliklər yaşayır və bu dəyişikliklər COVID-19 pandemiyasından çox əvvəl başlayıb.

presstvaz  xəbər verir ki, beynəlxalq PISA (Beynəlxalq Şagirdlərin Qiymətləndirilməsi Proqramı) testlərinin nəticələri göstərdiyi kimi, əqli geriləmə prosesini 2010-cu ildən izləmək olar.

Araşdırmaya görə, inkişaf etmiş ölkələrdə yetkin əhalinin dörddə biri əsas riyazi problemləri həll etməkdə çətinlik çəkir, ABŞ-da isə bu rəqəm 35 faizə çatır. Bundan əlavə, uzun müddət bir işə cəmləşə bilməyən 18 yaşlı gənclərin sayı demək olar ki, iki dəfə artıb. Sorğuda iştirak edənlərin yarısı ildə yalnız bir kitab oxuya bilib. Bir çox tədqiqatçı və jurnalist diqqətin və zehni qabiliyyətin bu sürətlə azalmasının səbəbini müasir texnologiyaların: smartfonlar, sosial şəbəkələr və TikTok-da izlədikləri qısa videolar ilə əlaqələndirirlər.

Ancaq problem daha dərində ola bilər. Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsinin antropologiya kafedrasının dosenti Stanislav Drobışevski, neandertalların beyin həcminin orta hesabla müasir insanlarınkından daha böyük olduğuna bildirib. Müasir cəmiyyət kollektiv intellektə arxalanır və resurs tutumlu neyronları ilk növbədə peşəkar bilik və bacarıqlara sərf edir.

Eyni zamanda, bir paradoks da var: intellektual böhrandan danışılsa da, teatrlar, filarmoniyalar, sərgi salonları tez-tez dolu olur, gənclər isə aktiv şəkildə ikinci və üçüncü ali təhsil alır, ssenaristlik kurslarına gedir, şəhərin qəhvəxanalarında həvəslə noutbukda işləyirlər. Bu ziddiyyət onu göstərir ki, hər şey o qədər də aydın deyil.

Bəzi ekspertlər hesab edir ki, cəhalətin artmasının səbəbləri beyindəki bioloji dəyişikliklərdə deyil, sosial-mədəni tendensiyalardadır. "Asan pul" və "zəhmətsiz yaşamaq" ideallarının yayılması, həmçinin aşağı giriş həddi ilə əyləncə məzmununun üstünlüyü insanlarda dərin bilik və tənqidi düşüncənin artıq lazım olmadığını hiss etdirir. Bununla belə, sual qalır: bu, intellektin ümumi azalmasının sübutudur, yoxsa sadəcə müasir cəmiyyətdə dəyişən prioritetlərin əksidir? / Aztibb.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv