Elvan Kuzucu Hıdır: “Türkiyənin “T3 Fondu” Azərbaycanda ikinci mərkəzini Qubada açacaq”

Elvan Kuzucu Hıdır: “Türkiyənin “T3 Fondu” Azərbaycanda ikinci mərkəzini Qubada açacaq”






presstv

"Presstv"az #ASAN xidmət, #Azərbaycan, #Bakı, #Hadisə, #İlham Əliyev, #Quba, #Rəcəb Tayyib Ərdoğan, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) yaxın gələcəkdə Azərbaycanın Quba şəhərində elm mərkəzi açacaq.

presstvaz xəbər verir ki, bunu “Report”a açıqlamasında fondun direktorlar şurasının sədri Elvan Kuzucu Hıdır bildirib.

“Bizim fondun Azərbaycanla əlaqələrinin uzun tarixi mövcuddur. Bu mənada “TECHNOFEST”i həyata keçirdikdən sonra güclü bir bağ qurmuşuq. Bakıda fəaliyyət göstərən elm mərkəzimiz iki il ərzində minlərlə azərbaycanlı uşağı, bəlkə də yüz mindən çox azərbaycanlı gənci qəbul edib. Bu, bizim üçün çox gözəl göstəricidir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda fondun həyata keçirdiyi təcrübə proqramlarından 80-ə yaxın tələbə məzun olub:

“Yəni onlar ikiillik təhsil proqramlarını uğurla bitiriblər və biz yeni tələbələr seçmişik. Onlar artıq təhsillərinə başlayıblar. Beləliklə, bizim Azərbaycanla sıx əlaqəmiz davam edir. Yaxın gələcəkdə, bəlkə də 1-2 həftə ərzində Azərbaycanın Quba şəhərində yeni elm mərkəzi açacağıq. Bununla ölkədə ikinci mərkəzimiz fəaliyyət göstərəcək. Biz bu istiqamətdə işlərə, Azərbaycandakı fəaliyyətimizə böyük dəyər veririk”.

E.K.Hıdır vurğulayıb ki, “T3 Fondu” Azərbaycanla “TECHNOFEST” çərçivəsində də çox sıx əməkdaşlıq edir:

“Beləliklə, əslində çox gözəl, yaxşı əlaqəmiz davam edir və bu çərçivədə də Azərbaycanın fərqli qurumlarla ilə görüşlərimizə, ortaq işlərimizə də davam edirik”.

Qeyd edək ki, ASAN xidmət ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış memoranduma əsasən yaradılan “Bilim Bakı” mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin “Nobel” mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv